AZ

Dərsə adaptasiya üçün nə etməli? — MƏSLƏHƏT

Artıq bir neçə gündən sonra yeni tədris ili başlayır. Şagirdlər yeni tədris ili üçün öz tədarüklərini görməyə başlayıblar. Bəzi şagirdlər dərsin başlamasını sevinc hissi ilə gözləsələr də, bəziləri dərslərin başlamasını istəmir. Hətta yeni tədris ilində, yeni dərs günündə dərsə adaptasiya olmaqda çətinlik çəkir. Bəs, bu nə ilə əlaqəlidir? Uşaqları yeni tədris ilində dərsə necə adaptasiya etməliyik?

Məsələ ilə bağlı Demokrat.az-ın suallarına cavab verən psixoloq Aygün Cəfərova bildirdi ki, uşaqlar məktəbə rahat adaptasiya olmaq üçün ilk öncə məktəb başlamazdan əvvəl evdə valideynlər uşaqların yuxu rejimini ilk öncə nizamlamalıdır.

“ Çünki beyin artıq bu saatlarda, yəni dərs saatlarında oyanmağa başlamalıdır. Yay tətilində uşaqların rejimi dəyişir. İstər-istəməz, dərs zamanı səhər saat 6-7 və yaxud 8-də oyanırdılarsa, artıq yay tətilində daha gec saatlarda oyanırdılar. Bunu nəzərə alaraq, məktəb başlayana yaxın, minimum 3 həftə öncədən uşaqların yuxu rejimi nizamlanmalıdır. Ən əsası da, müəllimlər hər zaman uşaqları tətilə yola salarkən, yay tapşırıqları mütləq yerinə yetirilməlidir. Bu tapşırıqlar ona görə yerinə yetirilməlidir ki, uşaqların beynində olan, keçilmiş dərslər yenilənsin. Bu evdə valideynlərin edəcəyi şeylərdir. Valideynlər öz övladları ilə dərs ili ilə bağlı söhbətlər aparmalıdır. Digər məsuliyyəy isə müəllimlətin üzərinə düşür. Müəllimlər yeni dərs  ilinə başlayanda ilk həftələrdə uşaqlara daha çox yüklənməməli və mərhələli şəkildə dərs tapşırıqları verməlidir. Belə olduqda uşaqlar daha rahat və sevgi ilə dərsə yanaşırlar. Amma əksinə, məcburiyyətlə dərs olunanda, təbii ki, uşaq dərsə gec adaptasiya olur və xoş hislər keçirmir”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
46
demokrat.az

10Mənbələr