AZ

“Məhsulun keyfiyyəti, ölçüsü ilə bağlı karqo şirkətini günahlandırmaq olmaz“ - İqtisadçı

Alıcıların elektron ticarətlə bağlı bəzi problemləri ortaya çıxır. Əsasəndə bu narazılıq karqo şirkəti ilə bağlı olur. 

Mövzu ilə bağlı News365.az-a danışan iqtisadçı Xalid Kərimli bildirir ki, Məhsulun keyfiyyəti, ölçüsü ilə bağlı problem, fərqli məhsulun göndərilməsi satıcı ilə əlaqədar ortaya çıxır:

"Həm satıcı həm də karqo şirkəti ilə bağlı problemlər yarana bilər. Amma məsələ ondan ibarətdir ki, karqo şirkətinin məsuliyyəti, məhsulun ona təhvil verilməsindən sonra başlayır. Əgər siz də məhsulun keyfiyyəti ilə bağlı, ölşüsü ilə bağlı, paketin içərisinə başqa məhsulun qoyulması ilə əlaqədar problemlə rastlaşmısınızsa, burda karqo şirkətini günahlandırmaq olmaz. Çünki karqo şirkəti məhsulu onun xarici ölkədəki anbarına təhvil verdikdən sonra sizə ölkədə çatdırmaq məsuliyyətini daşıyır. Məhsulun keyyfiyyəti, ölçüsü ilə bağlı problemi, bir məhsulun əvəzinə başqa bir məhsulun qablaşdırılıb göndərilməsində məsələ satıcı ilə əlaqədar olur."- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
18
news365.az

10Mənbələr