Məsələ ilə bağlı Demokrat.az-ın suallarına cavab verən psixoloq Aygün Cəfərova bildirdi ki, uşaqlar məktəbə rahat adaptasiya olmaq üçün ilk öncə məktəb başlamazdan əvvəl evdə valideynlər uşaqların yuxu rejimini ilk öncə nizamlamalıdır.
“ Çünki beyin artıq bu saatlarda, yəni dərs saatlarında oyanmağa başlamalıdır. Yay tətilində uşaqların rejimi dəyişir. İstər-istəməz, dərs zamanı səhər saat 6-7 və yaxud 8-də oyanırdılarsa, artıq yay tətilində daha gec saatlarda oyanırdılar. Bunu nəzərə alaraq, məktəb başlayana yaxın, minimum 3 həftə öncədən uşaqların yuxu rejimi nizamlanmalıdır. Ən əsası da, müəllimlər hər zaman uşaqları tətilə yola salarkən, yay tapşırıqları mütləq yerinə yetirilməlidir. Bu tapşırıqlar ona görə yerinə yetirilməlidir ki, uşaqların beynində olan, keçilmiş dərslər yenilənsin. Bu evdə valideynlərin edəcəyi şeylərdir. Valideynlər öz övladları ilə dərs ili ilə bağlı söhbətlər aparmalıdır. Digər məsuliyyəy isə müəllimlətin üzərinə düşür. Müəllimlər yeni dərs ilinə başlayanda ilk həftələrdə uşaqlara daha çox yüklənməməli və mərhələli şəkildə dərs tapşırıqları verməlidir. Belə olduqda uşaqlar daha rahat və sevgi ilə dərsə yanaşırlar. Amma əksinə, məcburiyyətlə dərs olunanda, təbii ki, uşaq dərsə gec adaptasiya olur və xoş hislər keçirmir”.
Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
news365.az“Məhsulların tarixini düz bilmək üçün AQTA ilə əlaqə saxlamaq lazımdır“- Qida mütəxəssisi ( 10418086)
-
turanpress.comBəzi oyuncaqlar övladınızın sağlamlığına ziyan vura bilər - Nələrə diqqət etməli? ( 10303600)
-
azadmedia.azBitki mənşəli öskürək siropları ciddi allergiyaya səbəb ola bilər » AzadMedia.az ( 10273216)
-
demokrat.azQeysəriyyə əməliyyatı zamanı körpənin beyninə qan sıza bilər? — Ginekoloq danışdı ( 10268038)
-
azadmedia.azBitki mənşəli öskürək siropları ciddi allergiyaya səbəb ola bilər » AzadMedia.az ( 10267204)
-
referans.azDərsə adaptasiya üçün nə etməli? — MƏSLƏHƏT ( 10232242)
-
demokrat.azDərsə adaptasiya üçün nə etməli? — MƏSLƏHƏT ( 10225885)
-
referans.azHamımızın etdiyi SƏHV: Bişmiş xörəkləri bu formada soyuducuda saxlamayın! - Qida eksperti elə şeylər açıqladı ki... ( 10222030)
-
news365.az“Məhsulun keyfiyyəti, ölçüsü ilə bağlı karqo şirkətini günahlandırmaq olmaz“ - İqtisadçı ( 10214002)
-
medianews.azQadcetlər uşağın psixikasını poza bilər – Valideynlərə XƏBƏRDARLIQ ( 10191682)