AZ

Bəzi oyuncaqlar övladınızın sağlamlığına ziyan vura bilər - Nələrə diqqət etməli?

Uşaqların olduğu hər evdə müxtəlif forma, rəng və materialdan olan oyuncaqlara rast gəlmək olar. İlk baxışda fikirləşmək olar ki, rezin uşaq ördəyi, top və ya kukladan daha zərərsiz nə ola bilər? Ancaq mütəxəssislər bildirirlər ki, uşaqların hər gün oynadığı oyuncaqlar onların sağlamlığına ciddi ziyan vura bilər. Onların dediyinə görə, oyuncaqların bir çoxunda zərərli kimyəvi birləşmələr - ftalatlar var. Məhsulların yumşaqlığını, elastikliyini təmin etmək üçün bu maddələr tez-tez müxtəlif növ plastik və süni dərilərə qarışdırılır. Çox vaxt ftalatlar polivinilxloridlərə əlavə olunur və onlardan kukla başları, rezin toplar, uşaqların vannada çimizdirməsi üçün ördəklər və sağlamlığa zərərli olan digər oyuncaqlar hazırlanır. Bunu nəzərə alaraq, mütəxəssislər valideynləri oyuncaq alarkən diqqətli olmağa çağırır, xüsusən də kəskin qoxusu olan oyuncaqlardan uzaq durmağı məsləhət görürlər.   Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bazara daxil olmazdan əvvəl oyuncaqlar mütləq yoxlanılmalıdır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin vaxtilə qəbul etdiyi 343 saylı qərara əsasən, uşaq oyuncaqları yoxlanılırdı. Lakin artıq həmin qərar ləğv olunub və uşaq oyuncaqlarına heç kəs nəzarət etmir:  “Kim hardan, necə gəldi, ölkəyə uşaq oyuncaqları gətirir. Şübhəsiz ki, uşaq oyuncaqlarının uşaqların sağlamlığına mənfi təsirləri də var. Hazırda uşaq oyuncaqlarının təhlükəsizliyi təmin olunmur. Ona görə də istehlakçılar maksimum diqqətli olmalıdırlar. Rəngi çıxan, tükləri qopan, pis qoxu gələn uşaq oyuncaqlarını almaqdan imtina etmək lazımdır”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
46
turanpress.com

10Mənbələr