AZ

Hamımızın etdiyi SƏHV: Bişmiş xörəkləri bu formada soyuducuda saxlamayın! -  Qida eksperti elə şeylər açıqladı ki... 

Bəzi işləyən insanlar həftəlik xörəklərini həftəsonu hazırlayıb bir həftə boyunca bu xörəklərdən istifadə etməyə üstünlük verirlər. Bu gündəlik iş prosesini hər nə qədər asanlaşdırsa da, sözsüz ki, bu formada köhnə köhnə qidalardan istifadə etmək insan sağlamlığına zərərsiz ötüşməyəcək.


Bəs qeyd olunan məqsədlə xörəkləri hansı formada soyuducuda saxlamaq daha düzgündür?


Qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov Referans.az-a açıqlamasında bu haqda danışıb.




“Ümumiyyətlə, ət məhsulları bişirilsə, qiymə hazırlanıbsa hansısa xörəkdə istifadə olunursa və ya tikə ət də ola bilər. Bunu normal soyuducuda müsbət 2-4 dərəcə arasında soyuducunun dondurmayan gözündə mühafizə etmək məqbuldur. Bu qida iki gün ərzində istehlak oluna bilər, heç bir problem yoxdur. Amma otaq temperaturunda qalan məhsul 3 saatdan artıq soyudulursa, bu zaman qida zəhərlənməsi baş verə bilər. Buna görə də bişən məhsulları otaq temperaturunda təcili soyutmaq lazımdır. Çox vaxt bunu buzun içində soyudurlar. Böyük obyektlərdə təcili dondurucular var ki, bu məqsədlə onlardan istifadə olunur. Lakin ev şəraitində bu mümkün deyil”.


Mütəxəssis bildirib ki, ev şəraitində soyudulmuş məhsul müsbət 2 və ya mənfi 18 dərəcə soyuqluqda mühafizə olunmalıdır.


“Müsbət 2 dərəcədə xörək mühafizə edilərsə, maksimum iki gün ərzində istehlak olunmalıdır. Əgər məqsəd qidanı uzun müddət – 1 həftə, 1 ay və s. saxlamaqdırsa, bu zamanda dərin dondurucuya qoymaq daha məqsədəuyğundur. Əks halda qida zəhərlənməsi qaçılmazdır”.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
18
referans.az

10Mənbələr