AZ

“Məhsulların tarixini düz bilmək üçün AQTA ilə əlaqə saxlamaq lazımdır“- Qida mütəxəssisi

Mağazalarda satılan şokoladların yararsız olduğu deyilir. 

Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov News365.az - açıqlamasında məsələyə münasibət bildirib. 

O qeyd edib ki, hər bir məhsulun saxlanma şəraitinə diqqət edilməlidir:

“Şokoladlar nisbi rütubət yüksək olanda və isti temperaturda qalanda əriyir. Quru, nəmişlik olmayan yerdə, 15-18 dərəcə temperaturda saxlanılmalıdır. Mağazalarda çox vaxt vitrinlərdə aylarla, illərlə şokoladlar qalır, nəmişlik olur, bu zaman da kiflənmə başlayır, məhsul qurd salır. Sosial şəbəkələrdə də yeni trend yaranıb, hər şeyi çəkib xarab olduğunu deyirlər. Düzdür, belə hallar olur, amma reklam, layk xətrinə yalan məlumatlar da paylaşılır. Düzünü bilmək üçün AQTA ilə əlaqə saxlamaq lazımdır, həmin şokolad və ya digər bir məhsul nümunə kimi quruma təqdim olunmalıdır. AQTA artıq məsələ ilə bağlı ölçü götürəcək. Yoxsa ki, məhsulun içinə qurd atıb deyirlər ki, içindən qurd çıxdı”-deyə bildirib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
18
news365.az

10Mənbələr