AZ

“Araz-Naxçıvan”ın ilk sınağı

“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasında mübarizəyə başlayır.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu yeni avrokubok mövsümündə ilk matçına bu gün çıxacaq.

İlkin mərhələdə çıxış edən təmsilçimiz Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə görüşəcək. H qrupunda yer alan komandalar İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında üz-üzə gələcək.

Qeyd edək ki, qrupun digər matçında Estoniyanın “Sillamae Silla” klubu yerli “Uddevalla” ilə qarşılaşacaq.

Çempionlar Liqası
İlkin mərhələ
H qrupu, I tur
21 avqust
18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast”
Hakimlər:
Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Udeval. lAgnebergshallen

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
idman.biz

2Mənbələr