AZ

Ozan Can Kökçü mövsümü qolla tamamladı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunda 2023/2024 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində keçirilmiş “Den Boş”la oyunun iştirakçısı olub.

“Eyndhoven” doğma meydanda baş tutan mövsümün son oyunundan inamlı qələbə ilə ayrılıb – 2:0.

Ozan Can bu görüşün 75-ci dəqiqəsində meydana buraxılıb. Komandasının 2-ci qolunu da 88-ci dəqiqədə məhz millimizin üzvü vurub. Bununla da o, mövsümdə 12-ci qoluna imza atıb. Yarımmüdafiəçinin hesabında 4 məhsuldar ötürmə də var.

“Eyndhoven” 38 oyunda qazandığı 43 xalla 2023/2024 mövsümünü 20 kollektiv arasında 14-cü pillədə başa vurub. Komanda 9 qələbə qazanıb, 16 heç-heçə edib və 13 məğlubiyyətə üzülüb. Ozan isə bu mövsüm kubok görüşləri də daxil olmaqla, bütövlükdə 40 oyuna çıxıb, 12 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 78 oyuna çıxıb, 19 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
4
arena.az

10Mənbələr