AZ

Ozan Can Kökçü “Den Haq”la matçda assistlə fərqləndi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 35-ci turu çərçivəsində keçirilmiş “Den Haq”la oyunun iştirakçısı olub.

“Eyndhoven” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının 56-cı dəqiqədə vurduğu bərabərlik qolunun məhsuldar ötürməsini də millimizin yarımmüdafiəçisi verib.

“Eyndhoven” cari mövsümdə qazandığı 39 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Komanda 8 qələbə qazanıb, 15 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. Ozan isə bu mövsüm 11 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 75 oyuna çıxıb, 18 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
4
arena.az

10Mənbələr