AZ

Ozan Can Kökçü “Dordrext”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 32-ci turu çərçivəsində keçirilmiş “Dordrext”lə oyunun iştirakçısı olub.

“Eyndhoven” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Ozan Can bu görüşə start heyətdə başlayıb və 90+2-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 10 qol vurmuş futbolçu bu dəfə fərqlənə bilməyib. Onun hesabında 2 məhsuldar ötürmə də var.

“Eyndhoven” cari mövsümdə qazandığı 38 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Komanda 8 qələbə qazanıb, 14 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 70 oyuna çıxıb, 16 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
3
arena.az

10Mənbələr