AZ

Ozan Can Kökçü PSV ilə matçda assistlə yadda qaldı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 34-cü turu çərçivəsində keçirilmiş PSV-nin gənclərdən ibarət kollektivi ilə oyunun iştirakçısı olub.

“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 2:5.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının 47-ci dəqiqədə vurduğu ilk qolunun məhsuldar ötürməsini də millimizin yarımmüdafiəçisi verib.

“Eyndhoven” cari mövsümdə qazandığı 38 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Komanda 8 qələbə qazanıb, 14 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. Ozan isə bu mövsüm 11 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 74 oyuna çıxıb, 18 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
4
arena.az

10Mənbələr