AZ

Ozan Can Kökçü 11-ci qolunu vurdu, “Eyndhoven” uduzdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 33-cü turu çərçivəsində keçirilmiş “Oss”la oyunun iştirakçısı olub.

“Eyndhoven” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da millimizin yarımmüdafiəçisi vurub. O, 11-ci dəqiqədə hesabı açıb. Amma meydan sahibləri 58 və 72-ci dəqiqələrdə fərqlənməklə Ozanın komandasını xalsız yola salıblar.

Bununla da Ozan cari mövsümdə vurduğu qolların sayını 11-ə çatdırıb. Onun hesabında 2 məhsuldar ötürmə də var.

“Eyndhoven” cari mövsümdə qazandığı 38 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Komanda 8 qələbə qazanıb, 14 heç-heçə edib və 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 73 oyuna çıxıb, 18 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
4
arena.az

10Mənbələr