AZ

Ozan Can Kökçü 90 dəqiqə oynadı, 3 qola üzüldü

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 29-cu turu çərçivəsində keçirilmiş “Villem II” ilə oyunun iştirakçısı olub.

“Eyndhoven” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 9 qol vurub, 2 məhsuldar ötürmə etmiş futbolçu bu dəfə fərqlənə bilməyib.

Sonuncu dəfə ötən ilin dekabr ayında qələbə qazanmış “Eyndhoven” 10 oyundur 3 xala həsrətdir. Komanda son oyunlarında 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Eyndhoven” cari mövsümdə qazandığı 34 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 68 oyuna çıxıb, 15 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
4
arena.az

10Mənbələr