Dortmund "Borussiya"sının sabiq yarımmüdafiəçisi Marko Roys karyerasını Türkiyədə davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Bild"ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun xidmətində "Qalatasaray" və "Trabzonspor" klubları maraqlıdır.
Keçən mövsüm Roys bütün turnirlərdə 42 matçda iştirak edib, 9 qol vurub və 10 asist edib.
Mövsüm bitdikdən sonra xavbek Dortmund "Borussiya"sını azad agent kimi tərk edib.