AZ

Kevin De Bröyne MS və millidəki gələcəyi ilə bağlı danışdı

“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne İngiltərə klubunda gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az belçikalı futbolçunun bu barədə cavabını təqdim edir:

“Sakit yayı səbirsizliklə gözləyirəm. Avropa çempionatından sonra məzuniyyətimi keçirəcəyəm, sonra isə “Mançester Siti”yə qayıdacağam. Güman edirəm ki, yaxın aylarda klubla danışıqlar aparılacaq”, deyə De Bröyne vurğulayıb.

Ötən gün Avropa çempionatının 1/8 finalında Fransa yığması ilə qarşılaşan Belçika millisi 0:1 hesabıyla uduzaraq mübarizəni dayandırdı. Bu qarşılaşmadan sonra millidəki karyerasından da söz açan De Bröyne, jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Çox ağır və üzücü bir məğlubiyyətdir. Öncə bu məğlubiyyəti qəbul etməyimiz lazımdır. Çox uzun bir mövsüm keçirmişəm. Öncə dincəlməliyəm. Milli komandadakı gələcəyimlə bağlı qərarımı yaydan sonra verəcəyəm”.

Xatırladaq ki, De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 26 oyuna çıxıb. Kevin bu oyunlarda 6 qol vurub, 18 məhsuldar ötürmə verib.

Kevinin Mançester klubundakı karyerası ümumilikdə 382 oyun, 102 qol və 170 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 104 oyun keçirib, 28 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
arena.az

10Mənbələr