AZ

Kevin De Bröyne karyerasını bitirir? - Özü cavabladı

Futbol üzrə Belçika yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az belçikalı futbolçunun bu barədə cavabını təqdim edir:

“Mən 10 ildir ki, bu komandada (“Mançester Siti” – redaktorun qeydi) oynayıram. Gənc oyunçulara ötürə biləcəyim çox məlumatım var, amma nə vaxt təqaüdə çıxacağıma hələ qərar verməmişəm”, deyə De Bröyne vurğulayıb.

Xatırladaq ki, De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 26 oyuna çıxıb. Kevin bu oyunlarda 6 qol vurub, 18 məhsuldar ötürmə verib.

Kevinin Mançester klubundakı karyerası ümumilikdə 382 oyun, 102 qol və 170 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 103 oyun keçirib, 28 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
arena.az

10Mənbələr