AZ

“Real” İtaliya millisinin üzvünü istəyir

“Real” Bolonya və İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiori ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, klub futbolçunu 40 milyon avro qiymətləndirsə də, bu məbləğ arta bilər. Müdafiəçi ilə “Yuventus” və Londonun “Arsenal” klubları da maraqlanır.

Kalafiori ötən yaydan “Bolonya”da çıxış edir. Ötən mövsüm o, komandanın heyətində bütün turnirlərdə 33 oyun keçirib, iki qol vurub və beş məhsuldar ötürmə edib.

Kalafiori Avro-2024-də İtaliya millisinin heyətində 3 oyunda 1 məhsuldar ötürmə edib.

Müdafiəçi əvvəllər “Roma” və “Bazel”də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
19
idmanxeber.az

10Mənbələr