AZ

Kevin De Bröyne: “Mənim kifayət qədər pulum var, amma…”

“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne Səudiyyə Ərəbistanından hansısa kluba keçə biləcəyi ehtimalından danışıb.

Arena.az belçikalı yarımmüdafiəçinin bu ehtimala dair suala cavabını təqdim edir:

“Mançester Siti”də qalacağammı? Hə, bəli… Səudiyyə Ərəbistanına keçidlə bağlı çoxlu xəbərlər oxumuşam, amma heç kimlə danışmamışam. Yaxşı təklif gəlsə və Xosep Qvardiolaya getmək istədiyini söyləsən, bu, mümkündür. Başqa klublarda hər şey fərqli ola bilər. Amma mən heç vaxt ayrılmaq istədiyimi deməmişəm.

Kifayət qədər pulum var. Amma çılğın bir məbləğ daxil olsa, o mənim ailəmə, qohumlarıma, nəvələrimə, nəticələrimə və dostlarıma hesablanacaq”, deyə De Bröyne vurğulayıb.

Xatırladaq ki, De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 26 oyuna çıxıb. Kevin bu oyunlarda 6 qol vurub, 18 məhsuldar ötürmə verib.

Kevinin Mançester klubundakı karyerası ümumilikdə 382 oyun, 102 qol və 170 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 104 oyun keçirib, 28 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
arena.az

10Mənbələr