AZ

Rusiyalı futbolçu İtaliyada klubunu dəyişə bilər

"Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk karyerasını başqa İtaliya klubunda davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, "Cenoa" rusiyalı futbolçu ilə müqavilə imzalamaq istəyir. Tərəflər arasında razılaşma bu həftə yekunlaşa bilər.

Rusiya millisinin üzvü 2020-ci ildə "Lokomotiv"dən "Atalanta"ya keçib. Yarımmüdafiəçinin Berqamo klubu ilə əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Ötən mövsüm Mirançuk 42 matçda iştirak edib. Yarımmüdafiəçi 4 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
19
90deqiqe.az

10Mənbələr