“İnter” “Udineze”nin müdafiəçisi Caka Biyolla maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Milan klubunun nümayəndələri 25 yaşlı futbolçunun Sloveniya millisinin Avro-2024-dəki çıxışını izləyir. Artıq tərəflər ilk danışıqlarını aparıblar.
Billol 2022-ci ildən “Udineze”də çıxış edir. Ötən mövsüm o, komandanın heyətində bütün turnirlərdə 28 oyun keçirib, heç bir qol vurmayıb.
“Transfermarkt” portalı onun dəyərini 10 milyon avro qiymətləndirir.