RU

Ağdaşda anasını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ağdaşda anasını bıçaqlamaqda təqsirləndirilən Kamran Heybətlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Tural Əfəndizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası 1981-ci il təvəllüdlü Sevil Heybətovaya yaşadıqları evin mətbəxində bıçaqla xəsarət yetirib. K.Heybətli yaralı anasını xəstəxanaya aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
50
e-huquq.az

10Источники