Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasının (İK) məhbus iğtişaşları zamanı xəsarət alan üç əməkdaşı hazırda reanimasiyadadır.
Editor.az Rusiya “Teleqram” kanallarına istinadən xəbər verir ki, onlardan birinin vəziyyəti kritik, digəri – Roman Ponomarevin isə son dərəcə ağırdır. Aleksey Lıqin üzündə deşilmiş yaralar və kəllə sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
İK-19-un digər əməkdaşı Yuri Mavrinin üzündə və başında yaralar var. Məlumata görə, huşunu itirmiş məhbuslardan biri Aleksandr Boyko da İK-19-da aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun sağ qalma şansı azdır – çox qan itirib.
İK-19-un rəhbəri Andrey Devyatovun başında çoxlu yaralar var.
“SHOT” “Telegram” kanalının məlumatına görə, onun başına çəkic və şüşə butulka vurublar. Hazırda reanimasiyadadır.
Rusiyanın Volqoqrad vilayətində İK-19 islah koloniyasına hücum edənlərin adları məlum olub və onlardan bir neçəsinin fotoşəkilləri ortaya çıxıb.
Bu barədə Oxu.Az Rusiya “Telegram” kanallarına istinadən xəbər verir.
1) Özbəkistandan olan 28 yaşlı Ramzindin Toşev – narkotik satışı maddəsi üzrə 8 il müddətinə azadlıqdan məhrum edilib;
2) Tacikistandan olan 28 yaşlı Nazirçon Toşov;
3) Özbəkistandan olan 29 yaşlı Temur Xusinov – qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib;
4) Tacikistandan olan 23 yaşlı Rustamçon Navruzi narkotik satışı maddəsi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.