AZ

"İrəli atılmağımız müdafiədə boşluqlara səbəb oldu" - Bəhlul Mustafazadə

style='margin-bottom:10px;'>

“Kifayət qədər ağıllı və güclü komandaya qarşı oynayırdıq. Keyfiyyətləri hiss olunurdu. Əlimizdən gələni etməyə çalışdıq ki, qalib gələk, turu keçən tərəf olaq. Təəssüflər olsun ki, alınmadı. Edə biləcək bir şey yoxdur. Avroliqa oyunlarına hazırlaşacağıq və çalışacağıq ki, orada ötən mövsümdən daha yaxşı nəticə verək”. 

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, “Dinamo”nun “Qarabağ”dan çox üstün olmadığını bildirib: “Əslində bunu deməzdim. Çünki səfərdəki oyuna da baxsaq, görərik ki, əlimizə düşən şansları dəyərləndirsəydik, başqa ssenari ola bilərdi. Buradakı oyunda da bizə qələbə lazım olduğu üçün daha çox irəli atılmışdıq ki, bu da arxa xətdə boşluqlar verməyimizə səbəb oldu. Düşünürəm ki, birinci oyun şanslardan istifadə edə bilsəydik, fərqli nəticə olardı”. 

27 yaşlı müdafiəçi "Dinamo"nun iki oyunun cəmində "Qarabağ"a 5 cavabsız qol vurmasının komandasının təcrübəsizliyi ilə əlaqəli olmadığını bildirib: “Düşünmürəm ki, qol vura bilməyimizə təcrübə çatmadı. Bəzən olur ki, yüz faizlik şansı dəyərləndirə bilmirsən. Təcrübə çatışmazlığı deməzdim, şans deyərdim. Düşünürəm ki, son vuruşların üzərində də çalışmalıyıq. Avroliqada daha yaxşı nəticə verməyə çalışacağıq". 

B. Mustafazadə komandanın qələbəsi üçün çatışmayan məqamlardan da danışıb: “İlk növbədə əlimizə düşən şansları dəyərləndirməli idik. Buradakı oyunda da şanslar yaratdıq. Təəssüf ki, yerinə yetirə bilmədik. Məşqçilər və oyunçularla birlikdə fasilədə deyirdik ki, hələ heç nə bitməyib. İnanırdıq ki, burda daha yaxşı nəticə göstərə bilərik. Amma alınmadı”. 

O, Avropa Liqasının yeni formatı haqda da fikirlərini bildirib: “Düşünürəm, maraqlı olacaq. Avroliqada çox oyun oynamağımız bizim üçün də faydalıdır".

Cavad Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
teleqraf.com

10Mənbələr