AZ

Ukraynada leylək təyyarəyə çırpılaraq pilotun faciəvi ölümünə səbəb oldu

Ukraynanın Xmelnitski vilayətində pilot təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təlim uçuşu zamanı leylək “L-39” təyyarəsinə dəyərək pilotlardan birinin görmə qabiliyyətinə mane olub. Hadisə nəticəsində pilot katapult etmək qərarına gəlib. Lakin aşağı hündürlükdə olduğu üçün pilotun paraşütünün tam açılmasına vaxt çatmayıb və pilot yerə yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Mənbənin sözlərinə görə, kabinədə qalan ikinci pilot təyyarəni endirməyi bacarıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
qaziler.az

10Mənbələr