AZ

Ferstappenin atası “Red Bull”un çətin vəziyyətdən çıxacağına inanmır

Üçqat Formula 1 çempionu Maks Ferstappenin atası Yos Ferstappen “Red Bull”un rəhbəri Kristian Hornerin komandanın hazırda düşdüyü çətin vəziyyətdən çıxara biləcək iqtidarda olmadığını düşünür. Yosun sözlərinə görə, yarış komandasındakı atmosfer pisə doğru dəyişib.

Əvvəllər Maksın atası bunu Hornerin işçilərdən birinə qarşı nalayiq davranışda ittiham olunmasından sonra yaranan qalmaqalla əlaqələndirirdi. Qeyd edək ki, Hornerə bu işə görə tam bəraət verilib.

“Maks belə avtomobildən məmnun qalmayacaq. İndi komandanı yoluna qaytarmaq vəzifəsi Hornerin üzərinə düşür. Kristian vəziyyəti düzəldə biləcəkmi? İnanmıram. O bunu edə biləcək şəxs deyil. Artıq çox şey baş verib, komandadakı ab-hava dəyişib”, – deyə keçmiş pilot “Bild” qəzetinə müsahibəsində qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50
futbolinfo.az

10Mənbələr