AZ

13 nəfərin ölümünə səbəb olan rusiyalı hərbçi rütbəsini qaytardı

Rusiyanın Kostroma şəhərində yerləşən “Poliqon” klubunda baş verən yanğına görə 20 il həbs cəzasına məhkum edilmiş rusiyalı hərbçi Stanislav İonkin Ukraynada Xüsusi Hərbi tapşırıqda iştirak etmək üçün ölkənin Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

“Cebheinfo.az”-ın “RBC.ru”-ya istinadən xəbər verir ki, bu barədə hərbçinin vəkili Yuri Xromsov məlumat verib.

“İonkin bu müqaviləni martın sonu-aprelin əvvəlində hökm çıxarılandan dərhal sonra imzalayıb. O, Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqla yanaşı, həmdə tibbi müayinədən də keçib”, - deyə onun vəkili bildirib.

Yuri Xromsov qeyd edib ki, sənədin qanuni qüvvəyə minməsi üçün apellyasiya məhkəməsinin çıxardığı qərar lazım idi ki, bu da avqustun 27-də baş verib və hökm qüvvədə saxlanılıb.

“Yaxın günlərdə İonkin xüsusi hərbi əməliyyata göndəriləcək”, - deyə o, fikrini yekunlaşdırıb.

Xatırladaq ki, "Poliqon" klubunda yanğın 2022-ci il noyabrın 5-nə keçən gecə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, klubun yaxınlığında İonkinin iştirakı ilə dava düşüb. Rəqiblərini qorxutmaq üçün hərbçi siqnal tapançasından səmaya atəş açıb. Daha sonra binada yeni münaqişə yaranıb və İonkin binanın içərisində tapançadan istifadə edib.

Yanğın nəticəsində 13 nəfər həlak olub, daha 9 nəfər xəstəxanalara yerləşdirilib. İttiham tərəfi hərbçiyə 16 il həbs cəzası istəyib, lakin 2024-cü ilin martında o, daha ağır cəzaya - 20 il müddətinə ciddi rejimli koloniyada cəzaya məhkum edilib. Stanislav İonkin isə özünü günahsız hesab edərək günahını boynuna almayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
cebheinfo.az

10Mənbələr