AZ

Pavel Durovun yanındakı itkin düşən qızın atası danışdı: Son dəfə nə vaxt əlaqə saxlayıblar?

“Telegram”ın qurucusu Pavel Durovun itkin düşdüyü iddia edilən sevgilisi Yuliya Vavilovanın atası qızı ilə son söhbətindən danışıb.

Bu barədə Oxu.Az “Baza” “Telegram” kanalına istinadən xəbər verir.

Nəşrin məlumatına görə, kişi qızı ilə sonuncu dəfə avqustun 2-də əlaqə saxladığını və onu ad günü münasibətilə təbrik etdiyini deyib. Vavilovanın atası, həmçinin qızının Fransaya səfər etməyi planlaşdırdığını da təsdiqləyib.

Yuliya Vavilovanın anası ötən gün qızı ilə əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib. İddia olunur ki, onlar iki gün əvvəl əlaqə saxlayıblar.

Digər təfərrüat açıqlanmır.

Qeyd edək ki, daha əvvəl bildirildiyinə görə, Pavel Durov həbs olunduğu məqama qədər onu bir qız müşayiət edib. Mövcud məlumatlara görə, Vavilova Qazaxıstandan Azərbaycana qədər olan bütün səfər boyu “Telegram”ın təsisçisinin yanında olub. Lakin Durovun Parisin Le-Burje hava limanında həbsindən dərhal sonra qız sosial şəbəkədə paylaşım etməyi dayandırıb.

Eyni zamanda, hazırda qızın kimliyi və onun sonrakı taleyi ilə bağlı məlumatlara rəsmi təsdiq gəlməyib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam saatlarında Fransanın Le-Burje hava limanında saxlanılıb ki, bu zaman yanında bir qız və mühafizəçinin müşayiəti ilə Azərbaycandan Fransaya səfər edirmiş. İş adamı nəzarət altına alınıb. Vəkil Frederik Belo bildirib ki, ittihamlar müstəntiq tərəfindən dindirildikdən sonra irəli sürülə bilər.

İlkin məlumatlara görə, Fransa Durovdan terrorla bağlı şifrlənmiş yazışmalara çıxış əldə etmək istəyir. Həbsinə order ona görə verilmiş ola bilər ki, milyarder təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmirdi. Eyni zamanda, Durov özü də bilirdi ki, Fransa hakimiyyəti onu axtarışa verib, lakin buna baxmayaraq, yenə də ölkəyə səfər edib.

Rusiyanın Fransadakı səfirliyi artıq Fransa tərəfinə nota göndərərək, konsulluğun məhbusa çıxış əldə etməsini xahiş edib. Lakin Fransanın diplomatik qurumu mövcud vəziyyətlə bağlı hər hansı şərh verməkdən imtina edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
medianews.az

10Mənbələr