EN

Roys karyerasını Türkiyədə davam etdirə bilər

Dortmund "Borussiya"sının sabiq yarımmüdafiəçisi Marko Roys karyerasını Türkiyədə davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Bild"ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun xidmətində "Qalatasaray" və "Trabzonspor" klubları maraqlıdır.

Keçən mövsüm Roys bütün turnirlərdə 42 matçda iştirak edib, 9 qol vurub və 10 asist edib.

Mövsüm bitdikdən sonra xavbek Dortmund "Borussiya"sını azad agent kimi tərk edib.

Chosen
151
19
operativmm.az

10Sources