EN

Gövhər Rzayeva: “Üzlərini o qədər şişirdirlər ki, yamanmış təkərə oxşayırlar” – VİDEO 

“Sanballı, oturub-duruşunu bilən qadın xanım-xatundur. Gedirlər ağızlarını bir yana, üzlərini bir yana düzəldirlər. O qədər şişirdirlər ki, yamanmış təkərə oxşayırlar. Təkərə hava vurulan kimi sifətlərini doldururlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu “Elgizlə izlə” verilişində deyib. 

Qarmon ustası plastik əməliyyat etdirən qadınları tənqid edib: 

“Qadının özünün üzünün nuru, gözəlliyi olmalıdır. Yaşlanmağın da gözəlliyi olmalıdır. Əvvəlki nənələrə baxırdın, deyirdin, necə üzündə nur var. İndi hamısı bir-birinə oxşayır. Elə bil “inkubator”dur. Bilmirsən kim kimdir. Hər adama qocalıq da qismət olmur. İnsanın gərək, üzündə nuru olsun, paxıl və “qurdlu” olmasın. Paxıl olub o hissi daxilində gizlətsən də yarım saatdan sonra üzə çıxacaq”. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
114
50
bizim.media

10Sources