AZ

“Məni kino saxlayırdı, indi isə həyatdan soymuşam, yaşamağa həvəsim qlamayıb”-FOTO+ÖZƏL

“Ayağımda və bədənimdə güclü ağrılar var. Gəzməkdə bəzən problemlər yaşayıram. Hava şəraiti ilə əlaqədar olaraq yemək də bir o qədər yeyə bilmirəm, elə hey yatıram. Arada-bir qohum-əqraba yanıma gəlib-gedir. Canım ağrıyır, heç yerə getmək istəmirəm. Keçən ay qızımın yubileyi oldu, heç ora getmədim. Sanki həyatdan soyumuşam, elə bil yaşamağa da həvəsim qalmayıb. İki-üç gün öncə güc-bəla ilə məni dəniz kənarına apardılar, hava alıb gəldim”
 
Bunu Moderator.az - a açıqlamasında xalq artisti Ənvər Həsənov deyib. O daha sonra əlavə edib.
 
“Yerli telekanalları demək olar ki, ümumiyyətlə izləmirəm. Baxılası nə var ki? Barmaq sayı qədər verilişlərimiz var. Zəng edib verilişlərə dəvət edirlər, müsahibə almaq istəyirlər. Bu vəziyyətdə heç kimlə görüşmək istəmirəm. Haqqımda kitab yazıldı, onun təqdimatı oldu. Köhnə dostlarım Rafiq Əzimov, Şeyx Əbdül gəldilər. İllər öncəni yada saldıq, filmlərdə çəkildiyimiz günlər gözümüzün önünə gəldi. Bu gün film də çəkilmir. Başqa dövlətlərdə bu boyda kinostudiya olsa o qədər filmlər çəkərlər ki. Biz əlimizdə olanın qədrini bilmədik. Kinostudiya bağlanır, boş divarları qalıb. “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Nazim Hüseynov da öz ərizəsi ilə oranı tərk edib. Bu xəbər məni bir az da üzdü” deyə aktyor bildirib.
 
“Özəl filmlərə getmək istəmirəm. Heç məndə o can da yoxdur. Gənclərlə, saqqallı uşaqlarla işləyə bilmərəm. Kreativlikdir guya bu. Kinoya gənclər də lazımdır, amma korifeylərin də əməyindən istifadə olunmalıdır. Müasir dövrdə baxılası filmlər çəkilmir. Rusiyada elə gözəl təbii filmlər çəkilir ki. Çox bəyənirəm. Mən kinostudiyadan çıxandan sonra xəstəlik tapdım. Sən demə məni kino, çəkiliş meydançası saxlayırdı. Bütün həyatı boyu işləyən insan qəfil evdə oturanda əlbəttə ki, xəstələnəcək” deyə xalq artisti bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
moderator.az

10Mənbələr