AZ

Bakıda dəhşətli qətl: Oğul evdə dözülməz əxlaqsızlıq etdi, atası... – ŞOK TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda 1956-cı il təvəllüdlü Muxtar ailə münaqişəsi zəminində 1990-ci il təvəllüdlü oğlu Mürsəli (adlar şərti verilib – red.) qətlə yetirib.
 
Muxtar 2023-cü il aprelin 8-də gecə mütəmadi spirtli içki içən oğlu Mürsəlin sərxoş vəziyyətdə ondan pul tələbinə rədd cavabı verib.
 
Mürsəl müxtəlif bəhanələrlə hər dəfə atasının ünvanına nalayiq sözlər işlədib, üzərinə hücum çəkərək fiziki zor tətbiq edib, onunla mübahisə və münaqişə yaradıb.
 
Muxtar həmin gecə yataq otağının qapısını arxadan kilidləyərək yatdıb. Gecə sərxoş vəziyyətdə evə gələn Mürsəl yataq otağının qarşısına keçib və atasına nalayiq ifadələr işlədib, otağın qapısını zorakılıqla açmağa çalışıb.
 
Yuxudan oyanan Muxtar dərhal əynini geyinib, qapının kilidini açaraq nə baş verdiyilə maraqlanmaq istəyib. Oğul hər iki əli ilə atasının yaxasından tutaraq onu qonaq otağına tərəf dartıb, nalayiq sözlər işlətməyə davam edib.
 
Muxtar oğlununun bədəninin müxtəlif nahiyələrinə ardıcıl bıçaq zərbələr endirib. Mürsəl aldığı zərbələrdən vəfat edib.
 
İstintaq orqanı tərəfindən Muxtarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
“Dələduzluq etmiş, sonra əfv olunmuşdu”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1978-ci ildə Əminə ilə ailə həyatı qurub, birgə nikahdan üç övladı dünyaya gəlib: “Böyük qızım Səmayə evli olduğu üçün ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində, arvadım Əminə, övladlarım – Natiq və Mürsəl isə mənimlə birlikdə yaşayıblar.
 
Mürsəl evli olmayıb. Beyləqan rayonu ərazisində gizir rütbəsində hərbçi işləyib. 2012-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə dələduzluq və hərbi hissəni özbaşına tərk etmə cinayətlərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum edilib. 2014-cü ildə əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib”.
 
“Dözülməz əxlaqsız hərəkətlər edirdi”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Mürsəl hərbi qulluqçu olduğu vaxtlardan spirtli içki aludəçisi olub, tüfeyli həyat tərzi sürüb: “Həmin vaxtdan hər gün spirtli içki qəbul edir, idarəetməni tamamilə itirərək sərxoş vəziyyətdə yad insanlara sataşırdı. Həm bizdən, həm də tanımadığım insanlardan spirtli içki almaq üçün pul tələb edərək rədd cavabı aldıqda mübahisə edirdi. Sərxoş vəziyyətdə evdə olduğu zaman dəfələrlə mənə və anasına qarşı nalayiq sözlər işlətmişdi. Evdə çılpaq gəzməklə dözülməz əxlaqsız hərəkətlər edirdi.
 
İçki aludəçiliyinə görə müalicə üçün əvvəllər onu narkoloji dispanserə yerləşdirsək də, evə qayıtdıqdan sonra yenidən içkiyə qurşanmışdı. İki dəfə mobil telefonumu oğurlayaraq satdığı üçün hadisədən təxminən 2 ay əvvəl ondan şikayət etmişdim. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparıldı. Bu səbəbdən yatarkən pulumu, avtomobilimin açarını, mobil telefonumu və ata yadigarı olan bıçağımı həmişə çarpayıda baş tərəfinə qoyurdum”.
 
Muxtar qeyd edib ki, oğlu Mürsəl mobil telefonunu oğurlamaqla yanaşı, ona könüllü şəkildə pul verməyəcəyi təqdirdə avtomobilini qaçıracağını, pulunu oğurlayacağını deyib: “Dəfələrlə mətbəx otağından bıçaq götürmüş və üzərimə hücum çəkmişdi.
 
Məni bıçaqlayacağını, öldürəcəyini deyir və hədə-qorxu gəlirdi. Bununla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etmişəm”.
 
“Bezmiş vəziyyətdə yataqdan durdum”
 
Qatil atanın sözlərinə görə, 7 aprel 2023-cü ildə axşam saat 21 radələrində işdən evə qayıdib:
 
“Mürsəl saat 22 radələrində evdən çıxdı. Mənsə təxminən saat 23 radələrində yataq otağına keçdim və Mürsəlin qayıdanda səs-küy salıb, söz-söhbət yarada bilməməsi üçün qapını arxadan kilidləyib yatdım. Həmişə olduğu kimi pulumu, avtomobilin açarını, mobil telefonumu və ata yadigarı olan bıçağımı çarpayıda baş ucuna qoydum.
 
Gecə yataq otağının qapısının möhkəm döyüldüyünü eşitdim. Qəfil yuxudan oyandım. Mürsəlin sərxoş vəziyyətdə məni vuracağı, bıçaq soxacağı barədə sözlər dediyini eşitdim. Hər şeydən bezmiş vəziyyətdə yataqdan durdum, əynimi geyinib otağın qapısını açdım.
 
Mürsəl sərxoş vəziyyətdə heç bir səbəb olmadan iki əli ilə yaxamdan tutaraq məni özünə tərəf dartdı, qonaq otağına keçdi. Səs-küyə digər oğlum Natiq də otaqdan çıxdı.
 
Mürsəl sağ əli ilə çənə nahiyəmə yumruq vurdu. Arvadım mətbəxlə qonaq otağının arasında ağlayaraq münaqişəni bitirməyimiz üçün qışqırdı”.
 
“Su qabını mənə atdı”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Mürsəlin hər gecə təkrarladığı hərəkətlərindən bezdiyi üçün qaçaraq yataq otağına keçib və Mürsəldən müdafiə olunmaq üçün saxladığı bıçağını götürüb:
 
“Yenidən qonaq otağına qayıdıb bıçağı ona nümayiş etdirdim və münaqişəni bitirməsini dedim. Lakin Mürsəl sözlərimə məhəl qoymadı. Əksinə, üzərimə hücuma keçdi. Bıçaqla Mürsəlin sol qol nahiyəsinə və qarın boşluğuna bir neçə dəfə kortəbii zərbələr endirərək xəsarətlər yetirdim.
 
Bunu görən digər oğlum Natiq Mürsəlin arxa tərəfinə keçdi və dartaraq onu kənara çəkdi. Mürsəl bir qədər aralandıqdan sonra qonaq otağındakı stolun üzərində olan su qabını mənə atdı. Qab mənə dəyməyib yan keçdi”.
 
“Kortəbii zərbələr vurmuşam”
 
Muxtar qeyd edib ki, bu zaman Mürsəlin qarın boşluğu nahiyəsindən xeyli qan axdığını, halının qəfil pisləşdiyini görüb:
 
“Endirdiyim zərbələrdən Mürsəlin xəsarət aldığını bildim. Dərhal Natiqlə köməkləşib onu qonaq otağındakı kresloda oturtduq. Natiq təcili yardıma zəng etdi, mənim tutulmağımı istəmədiyi üçün Mürsəlin özü-özünə bıçaqla xəsarət yetirərək intihara cəhd elədiyini söylədi, yaşadığımız ünvana həkim briqadası göndərmələrini xahiş etdi. Ardınca özüm mobil telefonu onun əlindən alıb həkim göndərmələrini bildirdim.
 
Təxminən 15 dəqiqə sonra təcili yardım avtomobili gələrək Mürsəli xəstəxanaya apardı. Xəstəxananın qarşısında gözləyərkən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdilər. Məni və oğlum Natiqi 28-ci Polis Bölməsinə, ardınca rayon prokurorluğuna apardılar.
 
Rayon prokurorluğunda izahat verərəkən Mürsələ bıçaqla xəsarət yetirdiyimi səmimi şəkildə etiraf etdim. Lakin Mürsəli öldürmək, yaxud ağır xəsarət yetirmək məqsədi ilə ona bıçaqla zərbələr endirməmişəm. Sadəcə Mürsəlin mənə qarşı hərəkətlərinə görə özümü itirərək onu qorxutmaq və özümdən kənarlaşdırmaq məqsədilə ona bıçaqla bir neçə kortəbii zərbələr vurmuşam”.
 
“İçki düşkünü olub”
 
İş üzrə zərərçəkmiş Mürsəlin hüquqi varisi qismində dindirilən anası Əminənin sözlərinə görə, həyat yoldaşı Muxtar ata-anasına yaxşı oğul, uşaqlarına yaxşı ata olub:
 
“Oğlum Mürsəl 11-ci sinifdən içki düşkünü idi. Atası Mürsəli müalicə üçün onu hər yerə apardı. Narkomaniyadan da müalicə etdirdi.
 
Mürsəl ölməmişdən əvvəl atası ona reabilitasiya mərkəzinə getdiyini və müalicə ilə bağlı danışdığını dedi. Lakin Mürsəl müalicəyə razılıq vermədi.
 
Mürsəl dəfələrlə bıçaqla bizə hücum edib. Ondan mənim üstümə niyə bıçaq çəkməsini soruşmuşam. Deyib ki, sənə yox, yanındakına hücum çəkirəm”.
 
“Oğlum özünü bıçaqlayıb” dedi”
 
Əminə qeyd edib ki, hadisə başa verən axşam saat 23 radələrində Mürsəl evə içkili vəziyyətdə gəlib: “Həyat yoldaşım Muxtar öz otağında yatmışdı. Mürsəl soyunub qonaq otağına keçdi. Sonra qəflətən Muxtar yatan otağa keçmək istədi. Qapı bağlıydı, o, qapını döydü, silkələdi. Ona “atan səhər durub işə gedecək” desəm də, mənə əhəmiyyət vermədi.
 
Muxtar qapını açan kimi Mürsəl onun boğazından tutub özü tərəfə dartdı və yumruqla çənəsinə zərbələr endirdi. Sonra ondan pul istədi. Atası Mürsəldən “sən nə vəziyyətdəsən?” deyə soruşdu.
 
Mürsəl mətbəxə getdi. Biz mətbəxdəki bıçaqları Muxtar yatan otaqda balışın altında gizlətdik. Çünki o, dəfələrlə özünə xəsarət yetirib, evdən telefon, pul oğurlayıb.
 
Mürsəl mətbəxdən əli arxasında çıxdı, təzədən otağa girəndə ona əhəmiyyət vermədik. Atasını sürütdəyib yataq otağına keçirdi. Babasından qalan bıçağı istədi. Sonra təzədən atasını qonaq otağına sürütdədi.
 
Mürsəl hündür boy, cüssəli idi. Mən dəhlizə çıxdım, Mürsəlin əlindəki su butulkasını Muxtarın üstünə atdığını gördüm. Sonra atası təcili yardıma zəng etdi, “oğlum özünü bıçaqlayıb” dedi”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muxtar 9 il azadlıqdan məhrum edilib.
 
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
moderator.az

10Mənbələr