AZ

Cennifer əri Benlə ailə problemlərinə görə günlərlə ağlayır - FOTO

Xəbər verdiyimiz kimi, artıq bir neçə aydır ki, dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflekin ailəsində problemlər yaşanır. Bu səbəbdən ikili uzun müddətdir ki, ayrı yaşayır və 60 milyonluq malikanələrini satışa çıxarıb. 

Bizim.Media xəbər verir ki, cütlüyə yaxın mənbənin “Touch Weekly” nəşrinə bildirib ki, Cennifer əri Benlə aralarında yaşadığı gərginlikdən böyük stress keçirir.  

Lopez sözün həqiqi mənasında Afflekdən ona son şans verməsi üçün yalvarır.  Ailə dramı fonunda müğənni musiqidə təsəlli tapacağına ümid edirdi, lakin indi onun çətinliklərdən qaçmağa yeri yoxdur. 

“O, hər zaman ağlayır və çox üzülür. Bir dəqiqə o, qəzəbdən ümidsizliyə, çaxnaşma hücumlarına keçir və sonra bunun sadəcə bir an olduğunu və hər şeyin yaxşı olacağına dair xəyallara qapılır. Güclü və müstəqil Cennifer Lopez “parçalanır” və sevgilisi olmadan həyatı təsəvvür edə bilmir”, - deyə sənətçiyə yaxın mənbə vurğulayıb.

Təbii ki, bütün bu situasiya yalnız Benə təsir və təziq edir və vəziyyəti heç bir şəkildə yaxşılaşdırmır. Görünür, elə buna görə də aktyor keçmiş həyat yoldaşı Cennifer Qarnerlə birlikdə yaralarını sağaldır. Keçmiş ər-arvad bir gün əvvəl Los-Anceles küçələrinin birində paparasilər tərəfindən görüntülənib.  

Qeyd edək ki, bu, cütlüyün ikinci cəhdidir. Onlar 2000-ci illərin əvvəllərində tanış olublar və görüşməyə başlayıblar. 

2003-cü ildə isə nişanlandıqlarını elan ediblər, lakin tezliklə münasibətlərə ara verib və sonra toylarını tamamilə ləğv ediblər. Bu müddət ərzində Cennifer və Ben başqa-başqa şəxslərlə ailə qurub və hər ikisinin uşaqları olub. Ancaq pandemiya zamanı ulduzlar yenidən ünsiyyət qurmağa başlayıb və münasibətlərinə bir şans daha verməyə qərar veriblər. Cütlük 2022-ci ildə ailə həyatı qurub.  


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
bizim.media

10Mənbələr