AZ

“Deyirlər ki, birini öldürəndə yeddisi gəlib səndən qisas alır” - Bakının hansı ərazilərində ilanlar çox yayılıb? - ÖZƏL + FOTO

“İlanların Abşeron yarımadası üzrə ən çox rast gəlindiyi ərazi Bakı-Sumqayıt ətrafıdır. Əsasən Novxanı, Fatmayı, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlandan ilana görə müraciət edənlər var. Qaradağ, Ələt tərəfdə olan müəssisələrdən də müraciətlər olur. Mingəçevir, Neftçala, Qazax, Qarabağ zonasından Ağdam, Cəbrayıl, Füzuli və s. bölgələrdə də ilanla bağlı müraciətlər alırıq. Düzdür, bölgələrə biz həmişə gedə bilmirik, həftənin müəyyən günləri həmin ərazilərə gedirik”.
 
Bunu Moderator.az-a açıqlamasında serpantoloq Anar Cəfərov deyib. O daha sonra əlavə edib.
 
 
“Bakı və Sumqayıt ətrafı bağlarda gürzələr yetərincə yayılıb. Ceyranbatanda, Hövsanın özündə də bu növ ilanlar çoxdur. 2-3 gün bundan öncə Ceyranbatan sakini mənə bir foto atdı ki, görün hansı növ ilandır? Gördüm ki, 1 metrəyə yaxın güzrə ilanıdır. Həmin ilanı öldürmüşdülər. Ehtiyatlı olmaq vacibdir. Onlarla yanaşı dam ilanıdır, zeytunu təxlə, çuxur baş kələz ilan, kor ilancıq, xaltalı eyrenis, su ilanları da yayılıb. Bunlar güzrə ilə müqayisədə zərərsiz ilanlar sayılır. Əsas təhlükə yenə də gürzə olaraq qalır”, - deyə serpantoloq bildirib.
 
Anar Cəfərov 20 ildir ki, bu sahə ilə məşğul olduğunu deyir:
 
 
“2004-cü ildən ilanları öyrənməklə məşğulam. Bəzən el arasında 7 qardaş ilanlardan danışırlar. Bu əsasən qızıl ilana aiddir. O da daha çox çöllərdə rast gəlinir. Deyirlər ki, birini öldürsən, 6-sı gəlib səndən qisas alacaq. Belə bir şey yoxdur. Bu əfsanədir. İlanlarda elə bir hissetmə və şüur yoxdur ki, kim  onları öldürübsə gəlib ondan qisas alsın. Cütləşmə və qidalanma dövrlərində bunlar daha aqressiv olurlar. O prossesi pozan vaxtı insana hücum çəkib, onu zədələyə bilərlər. Digər tərəfdən isə ilanların insanlara birbaşa hücumu çox nadir vaxtlarda müşahidə olunur. Bəzən isə deyirlər ki, 7 metrə gürzə öldürdüm. Bizdə yerli ilanların ölçüləri maksimum 2 metrədir. İnsanı inandırmağa çalışırlar. Bunlar da bir əfsanədir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
moderator.az

10Mənbələr