Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Zəngəzur dəhlizinin açılmağının Cənubi Qafqazın iqtisadi rifahı üçün güclü təsirləri var:
“Digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsinin qlobal tendensiyada iqtisadi psixoloji təsirləri var və bunun təsirlərini sırf bizim regionla xarakterizə etmək doğru olmaz. Təbii ki, Cənubi Qafqazda üç böyük bölgədən söhbət gedirsə, bu gün Azərbaycan burada ən önəmli vacib aparıcı, iqtisadi güc faktorudur.Bu baxımdan da, dünyada baş verən müharibələr qlobal iqtisadi sistemlərə təsir göstərir, amma Azərbaycan kimi rassional iqtisadi qərarlar qəbul etmə qabiliyyəti olan ölkələrdə bu hansısa böyük çaplı bir narahatlıq yaratmır. Amma digər tərəfdən, Ermənistan kimi, vassal olan dövlət var ki, bu müharibələr fonunda görürük ki, xarici siyasət addımlarında stabil və birmərkəzli addımlar ata bilmir. Daha çox onun-bunun əlində peşkəşə çevrilir. Eyni zamanda, Gürcüstanın da iqtisadi imkanlarını nəzərə aldıqda, əlbəttə ki, Cənubi Qafqazın iki ölkəsi, Gürcüstan və Ermənistanın vəziyyətinə Rusiya-Ukrayna müharibısi ciddi təsir göstərir.
Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
sia.az“Cənubi Qafqaz böyük potensiala malikdir” - İQTİSADÇI ŞƏRH ETDİ ( 10373682)
-
sia.az“Azərbaycanla Türkiyə strateji müttəfiqdir“ - ŞƏRH OLUNDU ( 10342378)
-
sia.azAzərbaycanla Özbəkistan arasında əlaqələr yüksələn xətlə inkişaf edir ŞƏRH ( 10285027)
-
oxu24.comRusiya Norveçə hücum etməyə hazırlaşır ( 10273687)
-
anews.azRusiya Norveçə hücum etməyə hazırlaşır ( 10258168)
-
referans.azZəngəzur dəhlizi Cənubi Qafqaz üçün sabitlik faktorudur — Politoloq ( 10230451)
-
azertag.azAzərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Türk birliyinin daha da güclənməsinə xidmət edəcək -ŞƏRH ( 10227907)
-
demokrat.azZəngəzur dəhlizi Cənubi Qafqaz üçün sabitlik faktorudur —Politoloq ( 10226938)
-
modern.azYaxın Şərqdəki gərginlik regional eskalasiya yolunda: Böyük güclərin mövqeyi... ( 10220599)
-
qaynarinfo.azRusiya NATO-nun bu bazasına PUA-larla hücum etməyi planlaşdırıb - DPA ( 10224994)