AZ

Zəngəzur dəhlizi Cənubi Qafqaz üçün sabitlik faktorudur —Politoloq

Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi Cənubi Qafqaz üçün yeni bir sabitlik faktorudur. Azərbaycan vətəndaşlarının quru yolla Naxçıvana keçidi demək deyil, eyni zamanda digər ölkələrin və bizə yaxın olan xalqların da müxtəlif iqtisadi-ticari münasibətlər sistemi baxımından Zəngəzur dəhlizindən istifadə etmək meyarlarına şərait yaratmış olur. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Zəngəzur dəhlizinin açılmağının  Cənubi Qafqazın iqtisadi  rifahı üçün güclü təsirləri var:



“Digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsinin qlobal tendensiyada iqtisadi psixoloji təsirləri var və bunun təsirlərini sırf bizim regionla xarakterizə etmək doğru olmaz. Təbii ki, Cənubi Qafqazda üç böyük bölgədən söhbət gedirsə, bu gün Azərbaycan burada ən önəmli vacib aparıcı, iqtisadi güc faktorudur.Bu baxımdan da, dünyada baş verən müharibələr qlobal iqtisadi sistemlərə təsir göstərir, amma Azərbaycan kimi rassional iqtisadi qərarlar qəbul etmə qabiliyyəti olan ölkələrdə bu hansısa böyük çaplı bir narahatlıq yaratmır. Amma digər tərəfdən, Ermənistan kimi, vassal olan dövlət var ki,  bu müharibələr fonunda görürük ki, xarici siyasət  addımlarında stabil və birmərkəzli addımlar ata bilmir. Daha çox onun-bunun əlində peşkəşə çevrilir. Eyni zamanda, Gürcüstanın da iqtisadi imkanlarını nəzərə aldıqda, əlbəttə ki, Cənubi Qafqazın iki ölkəsi, Gürcüstan və Ermənistanın vəziyyətinə Rusiya-Ukrayna müharibısi ciddi təsir göstərir.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
demokrat.az

10Mənbələr