AZ

“Azərbaycanla Türkiyə strateji müttəfiqdir“ - ŞƏRH OLUNDU

“Azərbaycan və Türkiyə şübhəsiz ki, iki qardaş ölkə və tarixi bağları çox sıx olan iki dövlətdir. Ulu Öndər Heydər Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan və Türkiyə "iki dövlət, bir millətdir". Azərbaycan-Türkiyə əlaqələri həm Ulu Öndər, həm də cənab Prezident İlham Əliyevin dövründə sürətlə inkişaf etmiş və etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə strateji müttəfiqdir: “Xüsusilə Azərbaycanda bölgədə regional gücə, Qafqazın lider ölkəsinə çevrildikdən sonra Azərbaycana dost olan bütün ölkələr kimi qardaş Türkiyə ilə də xüsusən iqtisadi əlaqələrimiz və siyasi-hərbi sahədəki əməkdaşlığımız daha da sürətlə irəlilədi. Azərbaycan ordusunun şanlı Qarabağ zəfərindən sonra Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq və digər strateji məsələlərdə Şuşa bəyannaməsi imzalandı. Bu da şübhəsiz ki, ölkə rəhbərinin xarici siyasətdəki uğurlarından biri idi.

Şuşa bəyannaməsi iki ölkə arasında strateji əməkdaşlığın ən vacib nüansıdır. Çünki bizim rəsmi olaraq qardaş ölkə olduğumuzun təsdiqi məhz Şuşa Bəyannaməsi ilə həyata keçdi. Türk Dövlətləri Təşkilatında Azərbaycan və Türkiyə ən əsas ölkələrdir. Təşkilatın formalaşmasında hər iki ölkənin əvəzsiz rolu olub. Ölkə rəhbərinin andiçmə mərasimində “Azərbaycanın yeri türk dünyasıdır” ifadəsini işlətməsi Azərbaycanın təşkilata böyük bir həssaslıqla yanaşdığının göstəricisidir.

Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına çalışan ölkədir. Türkiyə məhz Azərbaycan torpaqları işğala uğradığı üçün 30 ildən artıqdır ki, Ermənistanla sərhədləri bağlayıb. Bu gün artıq Qarabağ işğaldan azad edildiyi üçün və regionda sülh bərqərar olduğu üçün kommunikasiya xətləri açıla bilər. Lakin hələ son mərhələyə gəlib çatmamışıq. Ermənistan revanşizmi tamamilə kənara qoymalı və bunu sənədlə təsdiq etməlidir. Həmçinin həmin sənəd Azərbaycan haqlarını da tanımalıdır. Belə olan təqdirdə isə əlbəttə ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar ola bilər”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
sia.az

10Mənbələr