AZ

“Cənubi Qafqaz böyük potensiala malikdir” - İQTİSADÇI ŞƏRH ETDİ

“Hesab edirəm ki, Orta Dəhliz ilə yanaşı digər regional təşəbbüslər də Cənubi Qafqaz iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət göstərməlidir. Bura müxtəlif nəqliyyat, logistik xətləri, eyni zamanda digər iqtisadi təşəbbüsləri aid edə bilərik. Bütün bunlar Cənubi Qafqazın regiondakı iqtisadi əməkdaşlıqda payının artırılmasına xidmət edə bilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

O bildirib ki, Azərbaycanın bu məsələ ilə bağlı dayanıqlı, konstruktiv mövqeyi var: “Bölgədə siyasi və iqtisadi baxımdan sabitlik olmalıdır: “Bölgədəki dövlətlərin ərazi bütövlüyü təmin olunmalıdır və qarşılıqlı hörmət əsasında iqtisadi əməkdaşlıq dərinləşməlidir.

Cənubi Qafqaz hazırda regional iqtisadi əməkdaşlığın dərinləşməsi baxımından böyük potensiala malikdir. Belə ki, artıq bu bölgənin iqtisadi potensialının reallaşdırılması nöqteyi nəzərdən regionda sənayeləşmənin, emal sektorunun inkişafının, rəqabət qabiliyyətli yüksək texnoloji iqtisadi seqmentlərin sürətli inkişafının zəruriliyini görürük. Belə olan halda şübhəsiz ki, regional iqtisadi inkişafın təkan alması müvafiq makro iqtisadi və investisiya siyasəti aparılmalıdır. Bölgə yalnız tranzit ölkələr kimi nəzərdə tutulmamalıdır. Bölgədə yüksək əlavə dəyər tutumlu sahələr inkişaf etdirilməlidir və bütün bunlar üçün müvafiq potensial da mövcuddur”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
sia.az

10Mənbələr