• Şikayət et

Rublun ucuzlaşması Azərbaycan manatına hansı təsirləri göstərəcək?

Rəsmi Moskva ilə və Qərb ölkələri arasında Ukrayna ilə bağlı yaşanan geosiyasi gərginlik Rusiyanın maliyyə bazarına təsirsiz ötüşməyib, rubl dollara nisbətən kəskin ucuzlaşıb.

Milli gəlirləri həm də neftdən formalaşan Rusiyaya təzyiq vasitəsi olaraq, enerji bazarında qiymət spekulyasiyası baş verərsə, bunun Azərbaycana hansı fəsadları olacaq?

Bəzi azərbaycanlı təhlilçilər BBC News Azərbaycancaya açıqlamalarında Rusiya bazarında rublun dəyərdən düşməsinin Azərbaycana mənfi və müsbət təsirlərini qiymətləndiriblər.

Rusiya Bankı rublun və bazarların çökməsinə görə xarici valyuta alışını dayandırıb

Elman Rüstəmov devalvasiya ilə bağlı: "Manatın məzənnəsinə heç bir təhdid və ķ bazarlarında yaranan vəziyyəti 2014-cü illə müqayisə edərək deyir ki, həmin vaxt rəsmi Moskva Krımı ilhaq etdikdən sonra Qərb ölkələri əllərində olan mexanizmlərdən istifadə edərək, enerji bazarında qiymətlərin sürətlə ucuzlaşmasına nail ola bildilər.

Nəticədə əsas mənfəəti neft və qaz məhsullarından olan Rusiyanın gəlirləri azalmağa başladı və Rusiyada devalvasiya baş verdi.

"Bunun ardınca isə neft gəlirlərindən asılı olan Azərbaycanda da devalvasiya baş verdi," - Əkrəm Həsənov bildirib.

Prezident İlham Əliyev son çıxışlarının birində etiraf etmişdi ki, həmin ərəfədə Azərbaycan manatı sabit saxlamaq üçün 10 milyard dollar xərcləmiş, nəticə etibarilə 10 milyard dollar valyutanı itirmişdi.

Əkrəm Həsənovun sözlərinə görə, hazırda Rusiya maliyyə ehtiyatları baxımından güclüdür.

Bundan əlavə, enerji qiymətlərinin yüksək olması Moskvaya Qərbin təzyiqlərinə qarşı dayanmağa imkan verir.

Ona görə də bu cür təhdidlərin ciddi iqtisadi itkilərə yol açmayacağını deyən təhlilçi Kreml administrasiyasının 2014-cü il hadisələrindən "ciddi dərs aldığını" qeyd edib.

Qərb-Rusiya gərginliyi Azərbaycana nə vəd edir?

Əkrəm Həsənov Rusiyaya qarşı təzyiqlərin artdığı təqdirdə, Azərbaycanın da müəyyən iqtisadi təsirlərə məruz qalacağını düşünür.

"Hazırda Azərbaycan Rusiyaya ən çox kənd təsərrüfatı malları ixrac edir. Rublla aparılan bu ticarət Rusiya bazarının ümumilikdə 7 faizini təşkil edir. Təsirlər də məhz bu istiqamətdə ola bilər, - Əkrəm Həsənov BBC News Azərbaycancaya deyib, - Rusiya rublu ilə bizim məhsulumuzun qiyməti qalxmayacaq. Böyük ehtimalla qiymətin qalxsmasını qoymayacaqlar. Nəticədə həmin vəsaiti Azərbaycan manatına və ya dollara çevirəndə daha az pul edəcək".

Onun sözlərinə görə, Rusiya rublunun ucuzlaşması bu ölkədən Azərbaycana pul köçürməsi edən azərbaycanlılara da müəyyən təsir göstərəcək.

Azərbaycanın illik valyuta gəlirlərində neftin payının yüksək olduğuna diqqət çəkən təhlilçi Rusiyaya qarşı edilən təzyiqlərin bu dəfə Azərbaycanın valyuta bazarına ciddi təsir etməyəcəyi qənaətindədir.

Qonşu ölkə valyutalarının dəyərdən düşməsi...

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da Rusiya ilə Qərb ölkələri arasında yüksələn ziddiyyətlərin Azərbaycan üçün ciddi təhlükə yaratmadığını deyir.

"Bir müddət əvvəl Türkiyədə də lirə dəyərdən düşmüşdü. Nəzərə almalıyıq ki, Azərbaycanla xarici ticarət dövriyyəsinə görə, Türkiyə Rusiyadan daha öndədir. O vaxt lirənin ucuzlaşmasının Azərbaycana mənfi təsirləri olmadı. Deməli, rublun də dəyər itirməsi ölkə iqtisadiyyatına və ya maliyyə bazarına təsir göstərməyəcək," - komitə üzvü bildirib.

Vahid Əhmədov onu da əlavə edib ki, "qonşu ölkələrdə valyutaların dollar qarşısında ucuzlaşması Azərbaycana idxalı artırmağa şərait yaradır".

Azərbaycanın valyuta bazarı xarici risklərə nə dərəcədə hazırdır?

Təhlilçi Əkrəm Həsənovun fikrincə, son bir neçə həftə ərzində Azərbaycanda bəzi bankların dollar alışını Mərkəzi Bankın müəyyən etdiyi ən yüksək həddə həyata keçirməsi cəmiyyətdə bəzi şübhələrin yaranmasına gətirib çıxarıb.

Sosial şəbəkə istifadəçiləri dollar alışının yuxarı həddə aparılmasını devalvasiya riski ilə izah etsələr də, Əkrəm Həsənov bu iddia ilə razılaşmır.

O deyir ki, 2015-ci ildə baş verən devalvasiyadan ciddi nəticə çıxaran Azərbaycan Mərkəzi Bankı ölkədə faktiki olaraq, yəni qeyri-rəsmi şəkildə dollar alışını məhdudlaşdırıb.

Mərkəzi Bank isə bu barədə suallarımıza cavab verməyib.

"Bəzi banklarda müşahidə edilən yüksək alış rəqəmləri onu göstərir ki, həmin bankların özündə dollar çatışmır. Bu isə o deməkdir ki, Mərkəzi Bank özü banklara kifayət qədər dollar satmır," - Əkrəm Həsənov deyib.

Onun fikrincə, dollar çatışmazlığı bəzi banklar arasında rəqabət yaradıb. Ona görə də onlar "dolların alış qiymətini artıraraq, daha çox vətəndaş cəlb etməyə" çalışırlar.

Mərkəzi Bankın kommersiya banklarına dollar satışını azaltmasını isə Əkrəm Həsənov qurumun valyuta ehtiyatını qorumağa çalışması kimi izah edir.

Devalvasiya riskinə aydınlıq gətirən təhlilçi hesab edir ki, 2015-ci ildə devalvasiyanı şərtlərindirən amillərdən biri də əhalinin bank kreditlərinin böyük hissəsinin dollarla olması idi.

"Lakin hazırda belə bir risk yoxdur. Bundan əlavə, dollar alışına qoyulan limitlər, eləcə də neft qiymətlərinin yüksək olması ölkənin valyuta ehtiyatlarına yönəlik təhdidləri minimuma endirir," - Əkrəm Həsənov əlavə edib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən ilin oktyabrında keçirdiyi mətbuat konfransında demişdi ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. O deyib ki, beynəlxalq təşkilatları da neftin qiyməti ilə bağlı proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb, üstəlik, onlar ədiyyə balansında əhəmiyyətli profisit gözləyirlər.
 

Mənbə:
0
143
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar