AZ

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kanada

Bakı, 3 may, AZƏRTAC

"Milli Gimnastika Arenasında həmişəki kimi əla atmosfer var. İdmançılarımız burada yarışmaqdan zövq alır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında bədii gimnastika üzrə Kanada millisində çalışan azərbaycanlı məşqçi Leyla Qəmbərova Bakıda keçirilən Avropa Kuboku barədə danışarkən deyib.

2016-ci ildən Kanada yığmasında fəaliyyət göstərən mütəxəssis turnirdə mübarizə aparan tələbələrinin çıxışlarından razı qaldığını bildirib: "Tələbələrimi öz Vətənimdə təşkil olunan yarışa hazırlamaq mənim üçün qürurvericidir. Komandamızın üzvlərindən biri Maria Meçkova yaxşı çıxış nümayiş etdirdi. O, olduqca istedadlı idmançıdır. Öz üzərində işləməyi sevir. Azərbaycanı təmsil edən gimnastların da çıxışlarını izlədim. Onların da medal qazanmaq şansları yüksəkdir. Ən yaxşı kimdirsə, o qalib gəlsin".

Onun sözlərinə görə, Azərbaycanda gimnastika üzrə keçirilən mötəbər turnirlərin sayının hər il artması sevindiricidir: "Ölkəmizdə gimnastikanın bu dərəcədə inkişaf etməsi bir azərbaycanlı kimi məni çox ruhlandırır".

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 gimnast iştirak edir. Bu gün start götürən yarışa mayın 5-də yekun vurulacaq.

 

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla