AZ

"FETO"ÇUYA CAVAB - Professor Nəsiman Yaqublu yazır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sosial şəbəkəlrdə başqa adlar altında ziyalılarımıza əsassız atmacalar yazmaqla məşğul olan və bu sahədə tədricən uğursuzluqla qarşılaşan, vaxtilə Az.TV-nin “Ekran” qəzetində Türkiyə dövləti və türkçülük əleyhinə olan “Fetoçuluq” şəbəkəsini təbliğ edən bir alim indi yeni “üsul” tapıb: özünün əsassız fikirlərini və şantaj atmacalarını başqa bir şəxsin imzası ilə yayıb ictimaiyyəti çaşdırmaq istəyir.

İctimaiyyətə təqdim etdiyim bir yazıda tanınmış şəxsiyyətlərdən birinin yubileyini keçirdiyimizi və orada Xalq şairi B.Vahabzadənin iştirak etdiyini yazmışdım.Həmin yubiley rəqəmi texniki qüsur olaraq “75” yox, “85” göstərilmişdi.Qeyd edirəm ki, həmin tədbir 2000-cü ilin yanvarında, professor Ş.Hüseynovun öz arzusu ilə M.Ə.Rəsulzadənin anadan olmasının 116-cı ildönümündə Bakıda keçirilmiş və B.Vahabzadə həqiqətən orada çıxış etmiş, dostu haqqında dəyərli fikirlər söyləmişdi.Həmin tədbirin də aparıcılığı mənə həvalə olunmuşdu.Tədbir haqqında həmin dövrdəki mətbuatdan da bilgi almaq mümkündür (Bax: “525-ci qəzet”, 1 fevral 2000-ci il).

Tədbirdə iştirak edənlərin də birinin adını çəkmişəm və kimin şübhəsi varsa, zəng edib məlumat əldə edə bilər.Həmin tədbirin foto-videolarını çəkmiş dostumuz Mehman bəydən də istənilən şəxs məlumat öyrənə bilər.Tədbirdə çox dəyərli insanlarımız, ziyalılarımız iştirak etmişdi:Famil Mehdi, Sabir Azəri, Məmməd İsmayıl, Teyyub Qurban və digərləri. Qeyd etdiyim kimi prof. Ş.Hüseynov onun ətrafında dolanan məddahları və yaltaqları tədbirə dəvət etməmişdi.Görünür belə gözəl ziyalı məclisinin əhvalını yüksək saxlamaq istəmişdi.Tanınmış hərbi mahnılar ifaçısı Şəmistan Əlizamanlı isə gözəl ifalar etdi orda. Yəni B.Vahabzadə həmin tədbirdə olub da, çıxış edib də!Tədbirin videosu da arxivdə saxlanılır. Həmin tədbirə dəvət almayan, o məclisə layiq bilinməyən bu “fetoçu” alim hər vasitə ilə tədbiri və onun aparıcısını kölgəyə almaq istəsə də bunun faydası yoxdur.

Həmin “feto” ruhlu alim ikinci iddianı irəli sürür: guya mən kiminsə Nizami Gəncəvi haqqında olan kitabından plagiatlıq etmişəm.Cavablandırıram: bu fakt yanlışdır və həqiqətə uyğun deyil.İndi sübut edirəm.

Böyük şairimiz N.Gəncəvinin 880 illiyi münüsibəti ilə 2021-ci ildə “Nizami Gəncəvi:Unudulmuş nəşrlər” adlı 564 səhifəlik kitabı “BP” şirkətinin layihəsi olaraq nəşr etdirdim. Həmin kitabın 2022-ci ildə “Libraff” kitab mağazasında böyük təqdimat mərasimi keçirildi. Çox dəyərli alimlərimizin də iştirakı ilə keçirilən təqdimatda tanınmış alimimiz, akademik, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov çıxış edərək kitabı yüksək dəyərləndirdi və burada ilk dəfə olaraq mühacirətdə Nizami haqqında yazıların toplanılıb verilməsini xüsusi qeyd etdi.

Kitaba giriş sözü yazan çox dəyərli alimimiz, filologiya elmləri doktoru, Nəsib Göyüşov (o,Əlyazmalar instituunun əməkdaşıdır) mənim faydalı işimi kitabdakı məqaləsində bu sözlərlə ümumiləşdirir:

”Professor Nəsiman Yaqublunun tərtib etdiyi topluda haqlı olaraq mətnlərə müdaxilə edilməmiş, izah və qeydlərlə çapa təqdim olunmuşdur.Zənnimizcə, bu əsərin dəyərli qaynaq kimi nəşri təqdirəlayiq addımdır”

(Bax:”Nizami Gəncəvi:Unudulmuş nəşrlər”, B., 2021,səh.14).

Əlavə edirəm ki, bu kitabda Nizami haqqında yazmış və fikir söyləmiş 11 şəxsiyyətin yazıları toplanılıb və təqdim olunub. Türkiyə arxivlərindən ilk dəfə olaraq toplayıb kitaba daxil etdiyim Nizami haqqında çox dəyərli yazıların bəzi müəlliflərini də qeyd edirəm:Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), Məhəmməd Sadıq Aran, Əhməd Cəfəroğlu, Fatma İlgaz. Və ilk dəfə olaraq “Amerikanın səsi” radiosunda Nizami Gəncəvi haqqında olan verilişin mətnini də tapıb kitaba daxil etmişdim. Və ilk dəfə olaraq Nizami haqqında yazan qadının Fatma İlgaz olması faktı da bu kitabda təqdim edilib və s.

Eyni zamanda M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri (həcmi 402 səhifə) əvvəlki nəşrlərdəki nöqsanlardan fərqli olaraq Türkiyə türkcəsindən tərəfimizdən transliterasiya olunaraq, izahların və lüğətlərin tərtibi ilə oxuculara təqdim edilib.

Eyni zamanda kitabda tarixi ardıcıllıq gözlənilməklə Nizami aqqında ilk fikir söyləmiş 3 ədibimizin və Adil xan Ziyadxanın da (Cümhuriyyət dövrü) qısa fikirlərini (ardıcıllığın gözlənilməsi şərtilə) təqdim etdik.

Ağır bir zəhmətlə başa gətirdiyim bu kitabın əvvəl səhifəsində isə bu sözləri yazdım:

“Yazıları toplayıb nəşrə hazırlayan,Türkiyə türkcəsindən transliterasiya edən,lüğətin, izahların tərtibçisi və redaktor” (Bax:”Nizami Gəncəvi: Unudulmuş nəşrlər”, B.,”2021,kitabın titul səhifəsi).

Bəli, bu işləri mən görmüşəm və öz zəhmətimi də qeyd edirəm.Mən harda yazmışam ki, kitabın müəllifiyəm? Heç yerdə!

İndi isə “fetoçu” alimin həmin kitabda verilmiş bir əsər haqqındakı saxta və qeyri-dəqiq faktlarına aydınlıq gətirirəm. Kitabımızda Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami” kitabını da oxuculara təqdim etmişik. 564 səhifəlik kitabımızda bu əsərin həcmi 16 səhifə təşkil edir.Təbii ki, çox dəyərli olan bu kitabın müəllifini- yəni Mirzə Məhəmməd Axundovun adını, yəni bu əsərin ona məxsusluğunu iki yerdə qeyd etmişik: bir mündəricatda, bir də kitabın 65-ci səhifəsində (Bax: “Nizami Gəncəvi:Unudulmuş nəşrlər”, B., 2021, mündəricat, səh.65). Giriş məqaləmdə də onun adını ayrıca yazmışam. Yəni ən azı 3-4 yerdə həmin əsərin onun müəllifi olduğu qeyd edilib. Bəs “fetoçu” alim niyə auditoriyanı aldadıb plagiatlıqdan danışır

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla