AZ

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

Suqovuşan, 3 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Ermənistanın işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talış kəndində səfərdə olublar. Səfər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətilə Suqovuşan qəsəbəsindəki və Talış kəndindəki Alban məbədlərini ziyarət ediblər. Dini ayinlər icra olunub, bayram duaları oxunub.

Talış kəndindəki məbədin həyətində bayram süfrəsi açılıb. Süfrəyə kuliç və digər bayram nemətləri düzülüb, mahnılar ifa olunub. Tolerantlığın bariz nümunəsi olaraq xristianlarla yanaşı, müsəlmanlar da bayram tədbirində iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün dini konfessiyaların, icmaların üzvlərinin iştirakı ilə Pasxa bayramı ərəfəsində birlikdə olmağımız bir daha Azərbaycandakı dini həmrəyliyin, dini harmoniyanın bariz nümunəsidir. Bu, Azərbaycanda həyat tərzidir. Azərbaycanda fəaliyyətdə olan bütün dini konfessiyaların nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim milli sərvətimizdir. Bizim hamımızın qarşısında duran başlıca vəzifə bu milli sərvəti qorumaq, daha da gücləndirmək və gənc nəslə ötürməkdir. Azərbaycan bu həmrəyliyi, birlik nümunəsi ilə dünyaya sülh modeli təqdim edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla