AZ

Klopp bezdi: Salah artıq müzakirə mövzum deyil

"Liverpul"un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın Mersisayd klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, o, bu məsələni müzakirə etmək istəmədiyini bildirib:

“Bu, artıq mənim müzakirə mövzum deyil. Düşünmürəm ki, bu barədə danışmamalıyam. Başqaları qərar verəcək, xüsusən də Salah”.

Qeyd edək ki, Mohamed Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Forvardın klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, “qırmızılar”la Çempionlar Liqası, İngiltərə çempionatı, daxili kuboklar və Klublararası Dünya Çempionatının qalibi olub. Bu mövsüm 31 yaşlı hücumçu bütün turnirlərdə 41 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla