AZ

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

Rişi

London, 3 may, AZƏRTAC

İngiltərə və Uelsdə yerli şura üzvlərini və şəhər merlərini seçmək üçün keçirilən seçkilərin nəticələri açıqlanmaqda davam edir.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak indiyədək açıqlanan nəticələrin məyusedici olduğu deyib

“Çalışqan Mühafizəkar Partiyanın yerli şura üzvlərinin seçkilərdə öz yerlərini itirməsi məyusedicidir və mən onlara yerli hökumətdəki bütün xidmətlərinə görə minnətdaram”,- deyə o bildirib.

Baş nazir onu da qeyd edib ki, hələ açıqlanmayan xeyli nəticə var.

Leyboristlər Partiyasının lideri Keir Starmer bu nəticənin Rişi Sunak üçün bir mesaj olduğunu söyləyib və onu “yol açmağa" çağırıb.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla