AZ

Mingəçevirdə 19 yaşlı qızın öldüyü yol qəzası ilə bağlı məhkəmə başlayır

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Calal Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Hakim Nemət Paşayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib. Belə ki, Mingəçevir şəhəri ərazisində Calal Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı - 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı və Sadıqzadə İmamrza Çingiz oğlunu vurub. Nəticədə N.Hüseynova aldığı xəsarətlərdən vəfat edib, İ.Sadıqzadə isə xəsarət alıb. Sürücü C.Cəfərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittihamirəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
e-huquq.az

10Mənbələr