AZ

Polisi görüb damdan qaçdı

Polisi görüb damdan qaçdı

Adanada polisin evində əməliyyat keçirdiyini görüb, terrasdan qonşu evin damına tullanaraq qaçmağa çalışan Mehmet B. saxlanılıb. Evindən sənədsiz tapança, polad jilet və narkotik vasitə ələ keçirilən şübhəli həbs edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Seyhan İlçe Təhlükəsizlik Müdirliyi Cinayətlərin qarşısının alınması və İstintaq Bürosu qrupları Gülbahçesi Məhəlləsində evdə çoxlu silah, sursat və narkotik maddə olduğu xəbəri üzərinə əməliyyat keçirib.

Polis şübhəli Mehmet B.-nin (28) yaşadığı evdə əməliyyat keçirib. Polislərin gəldiyini görən Mehmet B. evin terasına çıxaraq qonşu evin damına tullanaraq qaçıb. Onun arxasınca qaçan polislər şübhəlini saxlayıb.

Mehmet B.-nin evində aparılan axtarış zamanı 1 ədəd sənədsiz tapança və 30 güllə, 29 ədəd Kalaşnikov tüfəng gülləsi və maqazin, 56 ədəd reseptli narkotik həb, 55,5 qram metamfetamin və bir polad jilet ələ keçirilib.

Saxlanılan Mehmet B. əməliyyatlardan sonra sövq edildiyi məhkəmə tərəfindən həbs edilib. Silah və güllələr araşdırılmaq üçün Adana Kriminal Polis Laboratoriyasına göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
34
sonxeber.az

10Mənbələr