AZ

Onu tutmaq istəyən polisi yaraladı

Onu tutmaq istəyən polisi yaraladı

Esenyurtda 45 yaşlı şübhəli ictimai asayiş yoxlaması zamanı onu saxlamağa çalışan polisi yaralayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi əməkdaşları dünən axşam saatlarında Esenyurtda ictimai asayişin təmin edilməsi və oğurluğun qarşısının alınması üçün əməliyyat keçirib.

Polisin şübhələndiyi və dayandırmaq istədiyi şəxs, əvvəlcə bıçaqla yoldan keçən şəxsi, daha sonra isə hadisəyə müdaxilə etməyə çalışan polis məmuru B.B.-ni yaralayaraq hadisə yerindən qaçıb.

Polis qaçan şəxsi izləyib və şübhəli M.A. (45) tutulub.

Şübhəli istintaq üçün polis bölməsinə aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
34
sonxeber.az

10Mənbələr