AZ

19 illik həbs cəzası alan şəxs çayxanada saxlanıldı

19 illik həbs cəzası alan şəxs çayxanada saxlanıldı

Bursada 19 illik həbs cəzası ilə axtarışda olan şübhəli çayxanada qumar oynayarkən yaxalanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə mərkəzin Osmanqazi rayonu Dəmirtaş Cümhuriyyət səmtində baş verib. Şübhəli polisi görəndə təlaşa düşüb. Bunu anlayan polis şübhəlinin yanına gedərək onunla danışıb.

Şübhəli şəxs şəxsiyyət vəsiqəsinin yanında olmadığını bildirib və şəxsiyyət vəsiqəsinin nömrəsini polis qrupuna verib. Qardaşının şəxsiyyət nömrəsini verdiyi məlum olan şübhəli saxlanılıb. Şübhəlinin oğurluq cinayətinə görə 19 il müddətinə azadlıqdan məhrum edildiyi müəyyən edilib.

Asayiş Şöbə Müdirliyinə gətirilən şübhəli polis bölməsində ifadəsi alındıqdan sonra həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
34
sonxeber.az

10Mənbələr