AZ

Silsilə oğurluqlar edən qadın saxlanıldı

Silsilə oğurluqlar edən qadın saxlanıldı

Bursanın Yıldırım rayonunda oğurluq etdiyi iddiası ilə axtarışda olan Gamze U. piknik edərkən saxlanılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Asayiş Şöbə Müdirliyi əməkdaşları, Yıldırım mahalına bağlı Erikli Məhəlləsində bir evdən sırğa, 2 qram qızıl, mobil telefon və lisenziyalı silah oğurlandığı xəbəri üzərinə araşdırma başladıb.

Hadisə şahidlərinin ifadəsini alan polislər ətrafdakı təhlükəsizlik kameralarını araşdıraraq şübhəlinin Gamze Ü olduğunu müəyyən edib.

Şübhəli İznik gölünün sahilində piknik edərkən polislər tərəfindən saxlanı. Həmin şəxsin üzərində aparılan axtarış zamanı ondan oğurlanmış tapança və qızıl-zinət əşyalarının bir qismi götürülüb.

Gamze U.-nun evində aparılan axtarış zamanı ötən il oğurlanmış lisenziyalı silah tapılıb. Bütün əşyalar sahiblərinə geri qaytarılıb.

İfadə zamanı Gamze U-nun 53 cinayətdə adı hallanır.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəli məhkəmə qərarı ilə həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
34
sonxeber.az

10Mənbələr