AZ

Ailəsini girov götürən psixoloji problemli şəxs zərərsizləşdirilib

Ailəsini girov götürən psixoloji problemli şəxs zərərsizləşdirilib

Trabzonda bir müddət əvvəl şizofreniya xəstəliyindən müalicə olunaraq xəstəxanadan buraxılan eşitmə və danışma qüsurlu İbrahim B. bacısı və iki qardaşı oğlunu ailəsi ilə birlikdə yaşadığı yaşayış binasının 4-cü mərtəbəsindəki mənzilə kilidləyərək bıçaqla girov götürüb. Polisin müdaxilə etdiyi hadisədə evdən 3 nəfər xilas edilib, şübhəli isə bibər qazı ilə zərərsizləşdirilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Trabzonda psixoloji problemləri olan və bir müddət əvvəl şizofreniya xəstəliyindən müalicə olunaraq xəstəxanadan buraxılan İbrahim B. ailəsi ilə birlikdə yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzildə birlikdə yaşadığı böyük bacısı F.T (55) və onların qardaşı oğlu N.T. (17) və O.T (19) ni bıçaqla girov götürüb.

Otaqdan çıxa bilməyən uşaqların vəziyyəti telefonla polisə bildirməsinin ardından ünvana təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları sövq edilib. Balkonda əlindəki bıçaqla özünü yaralayan şübhəlini polislər uzun sürən danışıqlardan sonra razı sala bilmədikləri üçün əməliyyat qərarı alıblar.

Əməliyyatı həyata keçirən qrupların mənzilin qapısını sındıraraq içəri girdiyi evdən qadın və 2 uşağı xilas edilib. Bibər qazı ilə zərərsizləşdirilən şübhəli müalicə üçün xəstəxanaya aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
34
sonxeber.az

10Mənbələr