AZ

11 il həbs cəzası alan şəxs saxlanıldı

11 il həbs cəzası alan şəxs saxlanıldı

Bursa Asayiş Şöbə Müdirliyi İcra Büro Komandirliyi 11 il həbs cəzası ilə axtarılan şübhəlinin tutulması üçün əməliyyat başladıb. Polislər onu WhatsApp -da başqa adam adıyla danışaraq yaxalayıblar.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Bursa Asayiş Şöbə Müdirliyi, Axtarılan Şəxslər Büro Komandirliyi əməkdaşları 47 ayrı cinayətdən 11 il həbs cəzası ilə axtarılan Mustafa T.-nin təqibinə başlayıb. Daha çox dələduzluq cinayətlərindən axtarılan şübhəlini tapmağa çalışan polislər, onu tutmaq üçün sivil kimi əlaqə saxlamağa çalışıb.

Şübhəli şəxslə Whaptsapp vasitəsilə əlaqə saxlayan polislər Mustafa T.-nin Nilüfer səmtindəki bir iqamətgahda qeydiyyatsız yaşadığını müəyyən ediblər. Polisin keçirdiyi əməliyyatın ardından tutulan Mustafa T. ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. İfadəsi tamamlanan şübhəli sövq edildiyi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
34
sonxeber.az

10Mənbələr